"Planet Parni iz Baku" nun Heydər Əliyev Sarayında "İdeal Milli Yumor" adlı konserti keçirilib.
Teleqraf.com xəbər verir ki, konsertdə sosial problemlərlə yanaşı televiziyalar da hədəf seçilib.
Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi "Sevimli şou", Ülviyyə Əliyevanın "Zəhmətkeş ulduzlar" və Elgiz Əlbərin "Adam içində" verilişləri parodiya edilib.
Qeyd edək ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Xalq atistləri Amaliya Pənahova, Zülfiyyə Xanbabayeva, Firəngiz Mütəllimova, Valeh Kərimov, müğənni Elçin Cəfərov, Aysel Teymurzadə və həyat yoldaşı Murad Adgözəlzadə və bir sıra rəsmi nümayəndələr iştirak ediblər.
Rəqsanə
FOTOLAR: Elçin Murad