23 May 2016 15:22
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Evdə oluram, yaradıcılıqla məşğulam, şeirlər yazıram, Yazıçılar Birliyinə gedib-gəlirəm. Əsas işim bundan ibarətdir. Mətbuatda görünmürəm və çıxışlar etmirəm. Özüm belə istəyirəm. Mətbuatda görünməklə nə olacaq ki?”

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın İstanbuldakı sabiq konsulu, şair Abbas Abdulla deyib.

Şair bildirib ki, hazırda yaradıcılığı davam edir: “Şeirlər yazmaqda davam edirəm. Lakin kitab nəşr edə bilməmişəm. Çünki maliyyə imkanım yoxdur. Sponsor isə tapa bilmirəm, tanımıram”.

A.Abdulla təqaüd problemi haqqında da danışıb. Deyib ki, diplomatik missiyada çalışıb, Azərbaycanın İstanbuldakı konsulu olub, ancaq buna baxmayaraq diplomat kimi təqaüd ala bilmir: “Mən bildiyim qədər bu məsələ həll edilmədi. Mən də bundan sonra onun arxasınca düşmədim. Sosial Müdafiə Fonduna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Lakin mənə köməklik edilmədi. Siz də jurnalistsiniz, maraqlanın görün, niyə mənə keçmiş konsul kimi təqaüd vermək istəmirlər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər