Bu gün Nizami Kino Mərkəzində "Xeyirlə şərin rəqsi" filminin təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub. Çingiz Abdullayevin "Quba kapriççiosu" povestinin motivləri əsasında çəkilən filmin rejissoru Yavər Rzayevdir. Filmdə Dronqo obrazını müğənni İlqar Muradov canlandırıb.
Təqdimat mərasimində çıxış edən Yavər Rzayev filmin necə ərsəyə gəlməsindən danışıb: "Bu əsəri ekranlaşdırmaq mənim ideyam idi. Mən Çingiz müəllimə müraciət etdim və biz əsər üzərində işə başladıq. Filmdə çox maraqlə fəlsəfi fikirlər var. Tamaşaçıları filmə diqqətlə baxmağa səsləyirəm".
Yazıçı Çingiz Abdullayev bu filmin onuncu filmi olduğunu bildirib: "Dronqo Azərbaycanda ilk dəfə ekranlaşdırıb".
Yazıçı zarafatından da qalmayıb: "İlqar Muradovun bu filmdə oynamasına səbəb mənə oxşamasıdır. Mənim kimi saçı yoxdur. Əlbəttə, bizim dedektiv Amerikanın dedektivə çata bilməz. Bunun bəzi səbəbləri var. Mən inanıram ki, Azərbaycan ədəbiyyatı da, kinosu da mütləq inkişaf edəcək".
İlqar Muradov filmdə istifadə olunan Dronqonun əsasını Çingiz Abdullayevə hədiyyə edib.
Qeyd edək ki, filmin operatoru Nadir Mehdiyev, bəstəkarı Siyavuş və Emin Kərimidir.
Nərmin