8 May 2015 11:45
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bir qrup əməkdaşı ümummilli liderin anadan olmasının ildönümünü bu zirvədə qeyd ediblər.

Teleqraf.com xəbər verir ki,Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Protokol şöbəsinin əməkdaşları “Heydər Əliyev” zirvəsinə yürüş edinlər.

Azərbaycanda ən yüksək yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kəndindən başlayan yürüş dəniz səviyyəsindən 3 min 751 metr yüksəklikdə, Qızıl Qaya silsiləsində yerləşən həmin zirvəyədək davam edib.

Ulu öndərin əziz xatirəsini yad etmək və çoxmillətli kollektivin dərin ehtiramını bildirmək məqsədilə keçirilmiş bu yürüşdə iştirak edən BAOƏK-in əməkdaşlarından Royal Şirinov və Zaur Xəlilov birinci Avropa Oyunlarının bayrağını “Heydər Əliyev” zirvəsinə qaldırıblar.

İlk dəfə zirvəyə dırmanma təcrübəsini yaşamış Zaur Xəlilov yürüşün ekstremal vəziyyətdə həyata keçdiyini deyib: “Səyahət zamanı şahid olduğumuz ildırım və şimşək çoxlarını geri qayıtmağa vadar etdi. Dizimizə çatan qar, aydın olmayan yollar və qar altında itmiş işarələr də əlavə çətinlik yaradırdı. Dumana görə 4-5 metr aralıda olanları görə bilmədiyimiz üçün qabaqda nəyə rast gələcəyimizi bilmirdik”.

Zirvəyə qalxmaqdan böyük fəxr hissi duyduğunu bildirən Royal Şirinov da yürüşün çətinliyi barədə belə danışıb: “Bu, adi bir missiya deyildi. Zirvəyə qalxmaq hər nə qədər çətin olsa da, bu missiyanın öhdəsindən gəlməli idik. Hava şəraitinin kəskin dəyişməsi heç də asan yürüşün olmayacağından xəbər verirdi. Həmin gün günorta saatlarında biz artıq zirvədə idik və qürurla Bakı 2015-in bayrağını əllərimizdə dalğalandırırdıq”.


Müəllif:

Oxşar xəbərlər