Azərbaycan yığmasının yüngül atleti Dmitri Marşin Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak üçün lisenziya qazanıb.
Trend-in məlumatında görə “Ümid” yığma komandasının təmsilçisi çəkic tullama üzrə 78,52 metr nəticə göstərib. Bu, Azərbaycan idmançıları üçün ikinci lisenziyadır. Birinci lisenziyanı isə boksçu Albert Səlimov qazanıb.