24 May 2015 08:45
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olimpiya Oyunlarının Polşadan olan bürünc mükafatçısı Kristina Çaykovska-Rayvska AZƏRTAC-ın müxbirinə deyib: “Birinci Avropa Oyunları yaxşı nəticə verəcək. Hər bir idman yarışı böyük bir sevinc, sağlamlıq, dostluq və sülh deməkdir”.

Bu gün Varşavada keçirilmiş Olimpiya piknikində iştirak edən Polşanın idman veteranı deyib: “Mən voleybolçuyam, 1964-cü ildə Tokio Olimpiadasında və 1968-ci ildə Meksika Olimpiadasında iştirak etmişəm. İki bürünc Olimpiya medalı qazanmışam. İki Olimpiadanın iştirakçısı kimi demək istəyirəm ki, Avropa Oyunları çox yaxşı təşəbbüsdür, bundan sonra da idman tədbirlərinin yeni formalarını axtarıb tapmaq lazımdır”.

Olimpiya piknikinin əsas mövzusu “Bakı-2015” birinci Avropa Oyunları olub.


Müəllif:

Oxşar xəbərlər