30 May 2015 09:10
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya birinci Avropa Oyunlarında ümumilikdə 214 idmançı ilə təmsil olunacaq.

İspaniya Olimpiya Komitəsinin baş katibi Bakı-2015 Avropa Oyunlarında iştirak etmək üçün 117 kişi və 97 qadın idmançının adını açıqlayıb.

Trend Bakı-2015-in saytına istinadən məlumat verir ki, onlardan altısı daha öncə Olimpiya medalı qazanıb və Azərbaycanda medal kolleksiyalarını zənginləşdirmək üçün öz təcrübələrindən istifadə edəcəklər.

Saul Kraviotto Rivero Pekin 2008-in 500 m məsafəyə kayak-cütlük və London-2012-nin 200 m məsafəyə kayak-təkbətək yarışında gümüş medal qazanıb.

İspaniyanın taekvondo komandasında Olimpiya medalçısı yer alır. Belə ki, ikiqat dünya və Avropa çempionu Coel Qonzales London-2012-də 58 kq çəki dərəcəsində qızıl medal əldə edib. Üçqat dünya çempionu Briqida Yaque 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında 49 kq çəki dərəcəsində gümüş medala yiyələnib.

Dağ velosipedçisi Xose Antonio Hermida ilk dəfə 2000-ci ildə Olimpiya təcrübəsi qazanıb və Afina-2004-də gümüş medal əldə edib. Bundan əlavə, o, 2012-cu ildə dünya çempionu olub.

Qılıncoynadan Xose Luis Abako Pekin-2008-də qılıncoynatmanın şpaqa növündə bürünc medal qazanıb, güləşçi Mayder Unda isə London 2012-də 72 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.

İspaniya komandasında dünya və Avropa çempionları da yer alır.

Aerobika gimnastları Sara Moreno və Visente Li 2012-ci ilin dünya mükafatçılarıdır. Cüdoçu Fransisko Qarriqos 2014-cü ildə gənclər arasında dünya və Avropa çempionu olub. Kiyoşi Uyematsu isə 2004-cü ildə cüdo üzrə Avropa çempionatında qızıl medala yiyələnib.

Rossana Simon və Eva Kalvo taekvondo üzrə Avropa çempionlarıdır.

Xuan Xose Aramburu 2011-ci ildə stend atıcılığı üzrə dünya çempionu olub, Alberto Fernandes isə 2010-cu ildə səngər stendi üzrə qızıl medal qazanıb. Fatima Qalves də 2011-ci ildə səngər atıcılığı üzrə Avropa çempionatının qızıl medalına yiyələnib.

Bakı-2015 üçün İspaniya komandasının tam heyəti aşağıdakı kimidir:

Kamandan oxatma: Miqel Alvarino, Antonio Fernandez, Xuan İqnasio Rodriqez, Miriam Alarkon, Alicia Marin, Adriana Rosa Marin

Badminton: Pablo Abian, Klara Azurmendi, Laura Molina, Haidee Ojeda

Basketbol 3x3: Serxio de la Fuente, Alexandro Llorka, Xose İqnasio Martin, Xuan Vasko, Veqa Gimeno, Maria Aranzazu Qomez, Rita Esther Montenegro, Inmakulada Zanoquera

Çimərlik futbolu: Nikolas Alexandro Alvarado, Salvador Manuel Ardil, Ezeqel Karrera, Fransisco Xose Sintas, Fransisko Xesus Donaire, Llorenç Qomez, Xuan Manuel Martin, Antonio Xose Mayor, Fransisko Mejoas, Kristian Mendez, Fransisko Raul Merida, Daniel Pajon

Çimərlik voleybolu: Kristian Qarsiya, Fransisko Alfredo Marko, Sezar Menendez, Fransisko Xavier Tomas, Amaranta Fernandez, Angela Lobato, Ester Ribera, Paula Soria.

Boks: Alexandro Kamaço, Xose Kelvin de la Nieve, Dieqo Ferrer, Johann Eduardo Orozko, Youba Sisşoko, Jennifer Miranda

Avarçəkmə: Karlos Arevalo, Alfonso Benavides, Manuel Antonio Kampos, Saul Kraviotto, Ruben Millan, Andre Oliveyra, Viktor Xavier Rodriqez, Roi Rodriqez, Diego Romero, Kristian Isaak Toro, Isabel Maria Kontreras, Begona Lazkano, Ana Varela

BMX velosiped idmanı: Qustavo Alkojor

Dağ velosipedi: Karlos Koloma, Xose Antonio Hermida, Serxio Mantekon

Şose velosipedi: Karlos Barbero, Xesus Herrada, Con Izaqirre, Xuan Xose Lobato, Luis Leon Sançez, Şeyla Qutyerrez

Suya tullanma: Xuan Pablo Sokorro

Qılıncoynatma: Xose Luis Abaco, Fernando Kasares, Laia Vila

Aerobika gimnastikası: Pedro Cabanas, Visente Lli, Aranzazu Martinez, Belen Quillemot, Sara Moreno

İdman gimnastikası: Nestor Abad, Fabian Qonzalez, Rayderley Zapata, Ainhoa Karmona, Klaudia Kolom, Ana Perez

Bədii gimnastika: Artemi Qavezu, Sandra Aqilar, Klaudia Heredia, Elena Lopez, Alexandra Quereda, Lidia Redondo, Karolina Rodriqez.

Cüdo: David Fernandez, Fransisko Qarriqos, Adrian Nasimiento, Xavier Ramirez, David Ramirez, Nikoloz Şerazadiş, Kiyoşi Uematsu, Suqoi Uriarte, Maria Konsepsion Bellorin, Maria Bernabeu, Jaione Equiosain, Julia Fiqeroa, Laura Qomez, Maria Isabel Puçe, Laia Talarn, Marta Tort

Gözdən Əlillər Cüdosu: Monika Merensiano

Karate: Damian Hugo Quintero, Sandra Sançez Kumite: Matias Qomez, Manuel Rasero, Irene Kolomar, Maria Kristina Ferrer, Kristina Vizkaino

Sambo: Luis Menendez, Yaiza Ximenez

Atıcılıq: Xuan Xose Aramburu, Alberto Fernandez, Jesus Serrano, Eva Maria Klemente, Fatima Qalvez, Pablo Abensaid Karrera, Xorge Diaz, Xorge Leon Llames, Xavier Lopez, Xavier Sançez, Sonia Franqet, Maria de las Mersedes Soto

Üzgüçülük: Xavier Barrena, Joan Kasanovas, Alberto Lozano, Qilyem Puyol, Markos Rodriqez, Xavier Romero, Rikardo Rosales, Pau Sola, Mark Vivas, Maria Artiqas, Karmen Balbuena, Marta Cano, Marina Kastro, Paula Qarcia, Esther Huete, Rosa Maria Maeso, Laia Marti, Andrea Melendo, Paula Ruiz, Karmen San Nikolas

Sinxron üzgüçülük: Culia Eçeberria, Berta Ferreras, Helena Jauma, Maria del Karmen Xuarez, Emilia Luboslavova, Raqel Estefania Navarro, Sara Saldana, Itziar Sançez, İrene Toledano, Lidia Viqara

Stolüstü tennis: Mark Duran, Karlos David Maçado, Alvaro Robles, Qalina Volodimiri, Yanfey Şen

Taekvondo: Joel Qonzalez, Raul Martinez, Daniel Ros, Xesus Tortoza, Eva Kalvo, Lua Maria Pineyro, Rossana Simon, Brigida Yaque

Tramplin: Klaudia Prat

Triatlon: Fernando Alarza, David Kastro, Visente Hernandez, Miriam Kasilyas, Tamara Qomez, Ainhoa Murua

Voterpol: Oriol Albasete, Xordi Çico, Aleks de la Fuente, Xosu Fernandez, Alvaro Qarsiya, Pablo Qomez, Alvaro Qranados, Gilyermo Anibal Palomar, Nikolas Paul, Xosep Puiq, Oriol Rodriqez, Mark Salvador, Fransisko Valera, Alexandra Aznar, Karmen Barinqo, Alba Bonamusa, Paula Krespi, Helena Dalmases, Sandra Domene, Laura Qomez, Blanka Qoset, Mireya Quiral, Paula Leyton, Elia Montoya, Anna Roldan, Paula Rutqers

Yunan-Roma güləşi: Pedro Jasinto Qarsia, Rikardo Gil, İsmael Navarro. Sərbəst güləş: Yunier Kastilyo, Xose Kuba, Taymuraz Friev, Alberto Martinez, Levan Metreveli, Yevgenia Bustabad, Karima Sançez, Mayder Unda


Müəllif:

Oxşar xəbərlər