“Turizm və səhayət rəqabətliliyinin hesabatına görə, Azərbaycanın daha aşağı mövqedə olması ilə bağlı mətbuarda yayılan fikirlərə birmənalı yanaşılmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Gənc Tamaşaçılar Teatrında jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. O qeyd edib ki, bu hesabat bir neçə amili əhatə edir: “Bu hesabatda 150 ölkə yer alıb, ölkəmiz bu siyahıda 79-cu yerdədir. Bu reytinq həm ölkəyə gələn insanların sayını, həm də yaradılan şəraiti əhatə edir. İldən-ilə bu reytinq daha geniş ölkəni əhatə edir. Biz bu reytinqdə 8 mövqe üzrə irəliləmişik, 7 sahədə isə aşağı düşmüşük”.
Nazir bildirib ki, Azərbaycanın gerilədiyi mövqelərdən biri də ölkəyə gələnlərin az sayının az olmasıdır: “Bunun da bir sıra səbəbləri var. Bunlardan biri də qonşu dövlətlərdəki vəziyyətlə əlaqədardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2014-cü ildə gələnlərin sayı azalsa da, turizm məqsədi ilə gələnlərin sayı artıb. 2013-cü ildə bu göstərici 3.6, 2014-cü ildə 4.1 % təşkil edib. Bu onu deməyə əsas verir ki, turizmin ölkənin ümumi daxili məhsulunda çəkisi artıb. Əminliklə deyə bilərik ki, bütün bunlar turizmin mövqeyinin güclənməsini göstərir”.
Nərmin