4 İyun 2015 12:42
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muzinieksin, BMT-nin məruzəçisi Mişel Forstun və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin iyunun 3-də “OpenDemocracy” internet portalında yayılmış məqaləsinə münasibət bildirib.

Hikmət Hacıyev deyib ki, bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyət göstərirlər. Bu əməlləri ilə həmin şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər.

İdman və mahiyyət etibarilə, birinci Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir. Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 2014-cü il oktyabrın 31-də qəbul edilmiş A/RES/69/6 saylı “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir.

Mətbuat xidmətinin rəhbəri deyib: “Təəssüflər olsun ki, insan hüquqlarının müdafiəsindən danışıldığı halda, bu şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapmış ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə cəsarət tapmırlar.


Müəllif:

Oxşar xəbərlər