5 İyun 2015 14:12
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək voleybol yığmalarımızın heyəti artıq məlumdur.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə baş məşqçilər Aleksandr Çervyakov və Bülənt Karslıoğlu müvafiq olaraq qadınlar və kişilərdən ibarət komandanın heyətini federasiyaya təqdim edib.

Qadınlardan ibarət Azərbaycan millisi: Ayşən Abduləzimova, Marqarita Əzizova, Odina Bayramova, Anastasiya Qurbanova, Aynur Kərimova, Oksana Kiselyova, Oksana Kurt, Natalya Məmmədova, Valeriya Məmmədova, Yana Ağayeva, Kseniya Poznyak, Polina Rəhimova, Kristina Yaqubova, Yekaterina Jidkova

Kişilərdən ibarət Azərbaycan millisi: Emil Abdullayev, Elmin Alışanov, Kənan Allahverdiyev, Vüqar Bayramov, Aleksey Çervyakov, Tural Həsənli, Rəsul İbrahimov, Fərid Cəlalov, Yevgeni Kovalenko, Vadim Kutukov, Dmitri Obodnikov, Pərviz Səmədov, Cavid Süleymanov

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi: Rakel Ferreyra/Yuliya Kərimova, Vivyan Kunya/Zinaida Lyubimova

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi: Bernardo Vermelin/Leonid Qritsay, Neilton Moises Santos Merces/Yaroslav Rudıx

Rüstəm


Müəllif: