5 İyun 2015 15:33
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kipri təmsil edən 4 taekvondo idmançılarından üçü Bakı 2015 ilk Avropa Oyunları öncəsi son hazırlıq məşqlərinə başlayırlar

Teleqraf.com xəbər verir ki, oyunçulardan 18 yaşlı Kiriyaki Kuttuki 49 kq çəki dərəcəsində G1 “Avstriya Açıq” turnirində qızıl medal əldə edib. Bu, idmançının 2015-ci ildə qazandığı altıncı qalibiyyətidir. O, ilk Avropa Oyunlarında Kiprin komanda heyətində mübarizə aparacaq dörd taekvondoçudan biri olacaq.

Sözügedən idmançılardan digər ikisi də Avstriyada keçirilən turnirdə medal qazanaraq yarışı uğurla başa vurublar.

İyirmi üç yaşlı Despina Pilavaki “Hollandiya Açıq” turnirində 53 kq çəki dərəcəsində bürünc medal qazanıb və ikinci yerdə qərarlaşıb. Bu, onun cari ildə sahib olduğu ikinci medalıdır. 2014 Avropa çempionatının bürünc medalçısı İyoanis Pilavakis isə 63 kq çəki dərəcəsində mübarizədə ikinci yerə çıxıb. Bununla da o, mövsüm üzrə qazandığı gümüş medalının sayını ikiyə çatdırıb.

Bakı 2015-də kiprli taekvondoçularla yanaşı Böyük Britanıyanı təmsil edən, eyni zamanda İlk Avropa Oyunlarının elçisi Jade Jones, serbiyalı Milica Mandıç, ispan oyunçu Joel Gonzales Bonilla və Türkiyənin şərəfini qoruyacaq Servet Tazegül də mübarizə aparacaq.

Rüstəm


Müəllif: