6 İyun 2015 11:13
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı taekvandoçu Ryubin Riçards I Avropa Oyunlarında ən yaxşı nəticə göstərməyə çalışır. Bu Oyunlar onun üçün ilk iri multi-idman yarışı olacaq.

Teleqraf.com İngiltərə mətbuatına istinadən xəbər verir ki, R. Riçards ölkəsinin Avropa Oyunlarında taekvando üzrə komandasının 7 idmançısından biridir.

Taekvandoçu bildirib: "Oyunlar mənim üçün ilk multi-idman yarışı olacaq və məqsədimə çatmaq üçün bu şansdan istifadə etmək istəyirəm. Bundan başqa mənim üçün bir çox yenilik olacaq".

İdmançı qeyd edib ki, 2015-ci ildə məqsədi Avropa Oyunlarında qalib gəlməkdir: "İnanıram ki, bunu edə biləcəm".

Rüstəm


Müəllif: