8 İyun 2015 11:28
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi xronoqrafı “Tissot” idman üslubunda və idman növlərinin rənglərinin əks olunduğu xüsusi saat istehsal edib.

Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, Oyunlara həsr olunan saat “Tissot Quickster Baku Special Edition” adlanır.

“Tissot” “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə bağladığı müqaviləyə uyğun olaraq 50 ölkədən 6 mindən artıq atletin qatıldığı Oyunlarda təmsil olunan idman növlərinin simvollarını saat üzərində qeyd edib.

Üzərində “Bakı-2015”in loqotipi olan 42 millimetr diametrindəki “Tissot Quickster Baku Edition”nin qiyməti 415 avrodur.


Müəllif:

Oxşar xəbərlər