“Bakı-2015” I Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sosial şəbəkədə xəbər paylaşıb.
Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.
Naibə QURBANOVA