11 İyun 2015 12:24
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunları Azərbaycana öz bacarığını nümayiş etdirmək ve Avropa qitəsinin dəstəyini yenidən qazanmaq üçün bir fürsətdir.

Trend-in məlumatına görə, bunu Fransa Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiyasiyasının sədri Jean-François Mancel Fransa mətbuatında dərc edilən məqaləsində bildirib.

Jean-François Mancel qeyd edib ki, Qafqazın bu cazibədar ölkəsi öz iradə və səriştəsini ortaya qoyaraq rekord zaman ərzində Avropa Oyunlarına hazırlaşır: “Azərbaycanı tanıyıb və dəyərləndirdiyimiz üçün bu, bizim üçün sürpriz deyil. İdman yarışlarını izləyərək ilk dəfə Azərbaycanı kəşf edənlər bu ölkəni tanımaq imkanı əldə edəcəklər”.

Fransalı deputat bildirib ki, Azərbaycan ərazisinin beşdə bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, öz müstəqilliyinə dərindən bağlıdır: "Azərbaycan həm də dini dözümlülük və dünyəvilik baxımdan nümunəvi bir ölkədir".

Jean-François Mancel hazırkı dövrdə əhalisinin böyük bir hissəsi olan müsəlmanların yəhudi və xristianlarla qarsılıqlı hörmət şəraitində yaşamasını və belə bir cəmiyyətin mövcud olmasını nadir bir hal sayıb: “Bakı şəhəri özü buna bir nümunədir. Azərbaycan iqtisadi cəhətdən öz enerji resurslarını lazımı səviyyədə istifadə edərək gələcək ilə ayaqlaşmağı bacaran bir dövlətdir. Əlbəttə, Azərbaycanda da hər şey qənaətbəxş deyil. Bu ölkənin bir milyona qədər qaçqın və məcburi köçkünü var. Mütəmadi olaraq, ölümlərə səbəb olan Dağlıq Qarabag münaqişəsi Azərbaycan xalqı uçun sağalmayan bir yaradır. Münaqişənin beynəlxalq həlli isə hələ də ləngiyir”.

Fransa Assambleyasının deputatı deyib ki, Fransada demokratiyanı sabitləşdirmək uçün təxminən 90 il vaxt lazım olub: "Azərbaycanda isə demokratik rejim cəmi 23 ildir ki, bərqərar olub. Amma Azərbaycan bunu unudub ona dərs öyrədənlərin tənqidinə səbəb olur".

Jean-François Mancel onu da əlavə edib ki, Fransada Ermənistandakı həmyerlilərinin həyat səviyyəsinin yaxsılasdırılması ilə məşğul olması əvəzinə çox zaman Azərbaycana qarsı cıxış etmək üçün xalqından istifadə edən geniş erməni diasporu var: “Fransaya sıx bağlı olan, bizim marağımıza, hörmət ve sevgimizə layiq olan, bu qürurlu və cəsur xalqın nə qədər maneəleri var”.


Müəllif: