11 İyun 2015 16:45
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunları zamanı - 12-28 iyun tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən gucləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları vağzallarda, stansiyalarda, körpülərdə, keçidlərdə, Bakı qovşağı ərazisində hərəkət edən yük və sərnişin qatarlarında mühafizə sistemini gücləndirəcək.

Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilərlə sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı təlimatlar aparılıb.

Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatlar Azərbaycan, rus və ingilis dillərində səsləndiriləcək.

Eyni zamanda, Bakı sərnişin stansiyasının rəsmi nümayəndələr zalında daimi ingilis və rus dillərində tərcüməçilər olacaq.

Bakı sərnişin stansiyasından Koroğlu dayanacağına (metronun eyniadlı stansıyasının yanı) kimi yeni alınmış ikimərtəbəli elektrik qatarları işləyəcək.


Müəllif:

Oxşar xəbərlər