13 İyun 2015 16:20
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər arasında Kumite - 60 kq çəkidə yarımfinal mərhələsinə start verilib.

Böyük səbrsizliklə gözlənilən bu qarşılaşmada həmyerlimiz Firdovsi Fərzəliyev finalda yarışmaq üçün tatami üzərinə çıxıb. Makedoniya idmançısı, Balkan çempionu Emil Pavlov ilə qarşılaşan həmyerlimiz hesabda geri olsa da, hakimlər tərəfindən döyüşün qalibi elan olunub.

Xatırladaq ki, F.Fərzəliyev finalda italiyalı Luka Mareska ilə Serbiya idmançısı Marko Antik duelindən qalib ayrılanla döyüşəcək.


Müəllif: