15 İyun 2015 00:14
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfədir oluram. Atletlər Kəndi çox böyükdür və orada idmançılar üçün gözəl şərait yaradılıb.

Bu sözləri birinci Avropa Oyunlarının gimnastika yarışlarında mübarizə aparan almaniyalı Elizabet Seitz AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Gimnast deyib: "Bakı çox gözəldir, insanların bizə isti münasibəti var. Avropa Oyunlarının təməli Bakıda qoyuldu. Mən də gələcəkdə deyəcəyəm ki, Bakıda birinci Avropa Oyunlarında iştirak etmişəm.

Almaniyalı gimnast qeyd edib ki, yarışlarda güclü idmançılar iştirak edirlər. Bunun üçün inadlı mübarizə aparmaq lazımdır. Onların çıxışlarını gördükcə yarışın nəticəsini əvvəlcədən demək çətinləşir. Hər şey sonda bilinəcək.


Müəllif:

Oxşar xəbərlər