Bakıya Avropanın ən sərrast oxatanları gəliblər. Burada bizi çox gözəl qarşıladılar. Təşkilatçılıqdan razıyıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində türkiyəli oxatan Qazoz Mete bildirib.
Qələbəsinə inanan türkiyəli idmançı özünə rəqib görmədiyini deyib: "Avropa Oynlarında güclü idmançılar mübarizə aparsalar da, birinci olacağıma əminəm".