Avropa Oyunlarının boks yarışlarına 60 kiloqram çəki dərəcəsində ilk döyüşündə qalib gələn Türkiyə təmsilçisi Yasin Yılmaz qələbə təəssüratlarını bölüşüb. Teleqraf.com boksçunun ekskluziv müsahibəsini təqdim edir:
- Rəqibinə çox asanlıqla qalib gəldin. Ümumiyyətlə, ilk döyüşün haqqında nə düşünürsən?
- Görüş mənim üçün yaxşı keçdi. Qalib gəldiyim üçün çox sevinirəm. Ölkəmə bu qələbəni yaşatdığım üçün qürur duyuram. İnşallah, Avropa Oyunlarında qalib olacam.
- Döyüş başlayandan sona qədər səni dəstəkləyən azarkeşlər haqqında nə düşünürsən?
- Azarkeşlər çox möhtəşəm idi. Həqiqətən də biz bir millət, iki dövlətik. Burda özümü evimdəki kimi hiss edirəm. Məni dəstəkləyən bütün qardaşlarıma minnətdarlığımı bildiriəm.
- Birinci Avropa Oyunları haqqında nə deyə bilərsən?
- Bu oyunların Azərbaycanda keçirilməsi çox gözəldir. İstərdim ki, qardaş ölkədə Avropa Oyunlarının qalibi olum.
Yusif