16 İyun 2015 14:23
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları ən yüksək səviyyədə təşkil edilib. Bunu Trend-ə italiyalı atlet Mauro Nespoli deyib.

Onun sözlərinə görə, kamandan oxatma yarışlarının keçirildiyi Tofiq Bəhramov adına stadion çox xoşuna gəlib: "İdmançılar üçün Atletlər kəndində gözəl şərait yaradılıb. İnanıram ki, 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün reytinq xalları toplaya biləcəyəm".

Türkiyəli idmançı Mete Qazoz da qələbəyə iddialıdır və bu Oyunlarda şanslarını yüksək qiymətləndirir: "Yarışlar çox yaxşı təşkil edilib. Gözəl qəbula görə təşəkkür edirəm, hər şey gözəldir".


Müəllif: