16 İyun 2015 15:44
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan avarçəkəni Avropa Oyunlarında gümüş medal qazanıb.

Təmsilçimiz Valentin Demyanenko kişilər arasında 200 m məsafəyə kanoe-təkbətək (C1) yarışında 40.142 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Birinci yeri 40.064 saniyə nəticə ilə litvalı Henrikas Zustautas, ikinci yeri isə 40.188 nəticə ilə çexiyalı Martin Fuksa tutub.

Qeyd edək ki, bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 3-cü gümüş medal, ümumilikdə isə 17-ci medaldır.


Müəllif:

Oxşar xəbərlər