Sinxron yarışlarını İspaniya gümüş, Ukrayna isə bürünc medalla başa vurub.
Teleqraf.com xəbər verir ki,Rusiya yığmasının üzgüçüləri Valeriya Filenkova və Dariya Kulaqina ikinci qızıl medallarını qazanaraq, gümüş medallarla mükafatlandırılan ispanları yeddi xal geridə qoymağı bacarıb.
Üzgüçü Kulaqina qazandıqları bu qələbə haqqında hisslərini belə bölüşüb:
“Emosiyalarım çox yüksəkdir. Bunu hələ tam dərk etdiyimi düşünmürəm. Ən çətin hərəkət üzərində keçən ayı bütünlüklə çalışmışıq və bu əla alındı.”
Beş dəfə Olimpiya iştirakçısı olmuş Davidova qızların çıxışından razı qalaraq hesab edir ki, bu uğurlu çıxışı gün ərzində məşğul olduqları 8 saatlıq məşqə borcludurlar.
Rüstəm