16 İyun 2015 23:08
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk Avropa Oyunlarında idmançılarımız uğurlu nəticələr göstərirlər”. Teleqraf.com xəbər verir ki, bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, oyunların ilk günlərindən idmançılarımız yaxşı nəticələr əldə edirlər. Onun sözlərinə görə, bu, yarışlara yüksək səviyyədə hazırlığın göstəricisidir.

“Xüsusilə, ölkəmizdə idmanın inkişafına diqqətin artması idmançılarımızın uğurlarının əsasını təşkil edir. Çox sevindirici haldır ki, Azərbaycanda sağlam gənc nəsil yetişir. Bu gənclər idmanda qələbələr qazanaraq, Azərbaycanın bayrağını daim zirvələrə ucaldırlar”, – deyə A.Abiyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər