17 İyun 2015 10:01
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anna-Mariya Aleksandri Bakıdakı uğuruna inana bilmir.

Teleqraf.com-un məlumatına görə, Bakı Su İdmanı Mərkəzində keçirilən sinxron üzgüçülük üzrə bürünc medal qazanan Anna-Mariya Aleksandri oyundan sonra çox yorulduğunu bildirib:

“Mən çox yorulmuşdum. Çünki xareoqrafiyam çox çətin idi, orada çox sayda dönmə hərəkətləri yer almışdı. Mən ayaqlarımı çox cəld hərəkət etdirməli idim və ayaqlarım həqiqətən çox yorulmuşdu. Mən bütün gücümü sərf etdim və ona görə də köməyə ehtiyacım vardı."

Bu, Anna-Mariyanın ikinci medalıdır. Bundan əvvəl, o, duetlərin yarışında bacısı Eyrini-Marina Aleksandri ilə birgə gümüş medal qazanıb. O, Bakıda qazandığı uğura görə çox sevinir:

"Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, inanılmazdır və karyeramda ən yaxşı yarış və nailiyyətdir. Bura gəlməzdən öncə iki qızıl qazanacağımı heç düşünmürdüm."

Aleksandri duet və solo yarışlarından yalnız birində medala sahib olacağını xəyal edirmiş. Və əmin imiş ki, bacısı ilə birlikdə yarışacağı çıxışda qalib çıxacaq. Amma nəticə daha gözəl olub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər