17 İyun 2015 21:06
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

81 kiloqramda mübarizə aparan Almaniya boksçusu İqor Teziyev moldovalı Petru Ciobanudan üstün olub: 3-0. Eyni çəkidə Montoneqro təmsilçisi estoniyalı Ainar Karlsona 2-1 hesabı ilə qalib gəlib.

Beləliklə, boks yarışlarında ikinci günə yekun vurulub.

Qeyd edək ki, sabahdan Azərbaycan boksçuları da mübarizəyə qoşulacaq.

20:29

75 kiloqram çəki dərəcəsində günün ilk qarşılaşması keçirilib. Finlandiyanı təmsil edən Dmitri Tretyak çexiyalı Vit Kralla qüvvəsini sınayıb. Görüş 3-0 hesabı ilə Finlandiya təmsilçisinin xeyrinə başa çatıb. Eyni çəkidə Xorvatiya təmsilçisi Sanjin Pol Vrgocla irlandiyalı Maykl O'reilli ilə mübarizə aparıb. Görüş irlandiya təmsilçisinin xeyrinə başa çatıb.

19:58

Fasilədən sonra boks yarışları davam edir. 56 kioqram çəki dərəcəsində bolqarıstanlı Stefan İvanov Polşa idmançısı Silvestr Kolovskini 2-1 hesabı ilə məğlub etdi. Böyük Britaniyalı Qais Aşvaq isə gürcü rəqibi Qiorqi Qoqatişvili üzərində 2-1 hesablı qələbə qazanıb.

64 kiloqram çəki dərəcəsində Fransa boksçusu Amzile Hassan kosovalı Naser Şalanı 3-0 hesabı ilə məğlub edib. Rusiyanı təmsil edən Maksim Dadaşev polşalı rəqibi Kazimierz Leqovski üzərində 3-0 hesabı ilə qalib gəlib. Bu çəkidə Gürcüstan nümayəndəsi İrakli Melikişvili latviyalı Arturs Ahmetovu meydandan başıaşağı yola salıb: 3-0.

İsveç boksçusu Klarens Qoyeram norveçli salavat Xatuyevi 3-0 hesabı ilə məğlub edib. 64 kiloqram çəki dərəcəsində günü son qarşılaşması Bolqarıstan nümayəndəsi Ayrin İsmetovla Ukrayna boksçusu Viktor Petrov arasında baş tutub. Görüş 3-0 hesabı ilə Petrovun xeyrinə başa çatıb.

Avropa Oyunlarında kişilər arasında boks yarışının ikinci günü başlayıb.

Teleqraf.com xəbər verir ki, günün birinci yarısı 10 görüş keçirilib. Əvvəlcə 69 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular mübarizəyə qoşulub. İspaniyalı Youba Sissoko Ndiaye latviyalı Mixails Pavlovsa, Ukrayna təmsilçisi isə polşalı Mateus Kosteçkiyə 3-0 hesabı ilə qalib gəlib. Eyni hesabla gürcü boksçu Gela Abaşidze Rumıniya idmançısı Olaru Konstantini məğlub edib. bu çəkidə günün son qarşılaşması İrlandiya təmsilçisi Adam Nolan və albaniyalı Alban Beqiri arasında baş tutub. Görüş 3-0 hesabı ilə Nolanın xeyrinə başa çatıb.

81 kiloqramda ilk qarşılaşmada İsveçrə boksçusu Uke Smajli rumıniyalı həmkarını Aleksandru Makedonu 3-0 hesabı ilə məğlub edib. Bosniyalı Dzemal Bosnjak yunan boksçudan üstün olub: 3-0. Eyni hesabla Fransa təmsilçisi Souliman Abduraşidov belaruslu Siarhei Novikauya qalib gəlib. Gürcüstan idmançısı Nikoloz Sekinaşvili bolqarıstanlı Radoslav Pantaleevə 0-3 hesabı ilə uduzub. Günün birinci yarısının son qarşılaşmasında slovakiyalı Matus Strnisko ispaniyalı Alexandro Kamaço Fernandesi 3-0 hesabı ilə məğlub edib.

Saat 18:30-dan etibarən günü digər 10 qarşılaşması baş tuacaq.

Qeyd edək ki, bu gün Azərbaycan idmançıları rinqə çıxmayacaq.


Müəllif:

Oxşar xəbərlər