“Birinci Avropa Oyunları Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbirdir. Hesab edirəm ki, Azərbaycan müstəqilliyini əldə etdikdən və ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən sonra ən böyük uğurumuz, tarixi nailiyyətimiz I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir”. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu, birinci növbədə Azərbaycanın Avropada, dünya miqyasında tanınması, təsdiq olunması və hüquqi, demokratik, sivil, iqtisadi, sosial cəhətdən inkişaf etmiş dövlət kimi dünya birliyi tərəfindən tanınmasının təsdiqinə əyani nümunə olacaq. Onun fikrincə, digər tərəfdən ölkəmizə gələn hər bir idmançı və yaxud onun məşqşçisi, idman azarkeçi, turist Azərbaycan mədəniyyəti, təbiəti və s. ilə yaxından tanış olacaq. Bununla da o, ölkəmizi sevəcək və Azərbaycanın necə gözəl ölkə olduğunu, xalqının nə qədər mədəni tolerant, intellektual olduğunun əyani şahidi olacaq”.
Səxavət