17 İyun 2015 22:56
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medalı taekvondoçu Ayxan Tağızadə yazdırıb. Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlarda Azərbaycan təmsilçisi Ayxan Tağızadə (-68 kq) final görüşündə Polşa idmançısı Karol Robakla qarşılaşıb. Üç mərhələnin sonunda hesab 9-9 olduğundan qızıl xal raundu keçirilib. A.Tağızadə daha dəqiq döyüşərək 1 xalı əldə edib. Beləliklə, A.Tağızadənin uğurlu çıxışı nəticəsində taekvondo yığmamız ikinci medalını qazanıb. Bayrağımızı tatamidə dalğalandıran A.Tağızadə tamaşaçılara təşəkkür edib.

Yarış Bakı Kristal Zalda baş tutub. Yarışı Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da izləyib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva A.Tağızadənin yarımfinal döyüşünü tribunadan canlı izləmək üçün Kristal Zala təşrif buyurmuşdu.

Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb.

Yusif


Müəllif:

Oxşar xəbərlər