Albaniyalı idmançı Recildo Zeneli “Bakı 2015” I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb. Trend-in verdiyi məlumata əsasən, bu barədə I Avropa Oyunlarının saytında yayılan xəbərdə deyilir.
Albaniyalı boksçunun dopinq yoxlamasında qadağan olunan preparatlar siyahısında olan furosemid aşkarlanıb.
Xatırladaq ki, R.Zeneli heç bir mübarizədə iştirak etməmişdi.