İyunun 21-də birinci Avropa Oyunlarının şose velosipedi yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azadlıq meydanından start götürən yarışda 125 idmançı, o cümlədən Azərbaycanın iki nümayəndəsi – Elçin Əsədov və Samir Cəbrayılov iştirak ediblər.
Yaırşların qalibi ispaniyalı velosipedçi Luis Leon Sançes Gil olub. O, 214 kilometrlik məsafəni 5 saat 27 dəqiqə 25 saniyəyə qət edib. Ukrayna idmançısı Andrey Qrivko finişə ikinci çatıb. Çexiyalı Pyotr Vakoç isə üçüncü yeri tutub.
Elçin Əsədov finişə 55-ci çatıb. Samir Cəbrayılov isə yarışın yarısında şosedən çıxıb.