22 İyun 2015 13:35
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mikayıl Cabbarova ümidlərimiz böyükdür”

Badminton idman növü üzrə Azərbaycan millisinin baş məşqçisi Ceyhun Məmmədəliyevin Teleqraf.com-a qısa müsahibəsi:

- Bu gün birinci Avropa Oyunlarında badminton yarışlarına start verilib. Artıq təmsilçimiz Kənan Rzayev ilk qarşılaşmasında İsrail badmintonçusuna 2-0 hesabı ilə məğlub olub. Nəticə Sizin üçün gözlənilən idi?

- Bəli, bu məğlubiyyət gözlənilən idi, çünki İsrail təmsilçisi reytinqdə üçüncüdür və çox güclüdür. Ümid edirəm ki, Kənan Rzayev Malta idmançısı ilə qarşılaşmasında nəticə əldə edəcək. Bundan başqa təmsilçimiz İtaliya badmintonçusu ilə yarışacaq. Amma həmin yarışdan da uğurlu nəticə gözləmirəm. Azərbaycanda badminton Avropa ölkələrində olduğu kimi yüksək səviyyədə inkişaf etməyib. Ona görə də güclü rəqiblər qarşısında təmsilçilərimiz zəif oyun nümayiş etdirirlər.

- Bu gün həmçinin kişilər arasında cütlərin yarışında da Azərbaycan təmsilçiləri çıxış edəcək. Kənan Rzayev və Orxan Qələndərovdan ibarət cütlük türkiyəli Əmrə Vural və Sinan Zorluya qarşı mübarizə aparacaqlar. Bəs bu qarşılaşmadan nələr gözləyirsiniz?
- Badmintonçularımızın Türkiyə idmançılarına qalib gəlməsi gözləniləndir. Ümid edək ki, nəticə ürəyimizcə olacaq. Bilirsiniz, bizdə badminton zəif inkişaf edib. Millimiz dünya reytinqində 82-ci yerdə qərarlaşıb. İlk Avropa Oyunlarının proqramına daxil edilən badminton yarışlarında 31 ölkədən 160 atlet 5 komplekt medal uğrunda mübarizə aparır. Ölkəmiz Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdiyi üçün bizə yarışda cəmi 2 yer ayrılıb. 5 gün əvvəl iyunun 17-də təhsil naziri Mikayıl Cabbarov Badminton Federasiyasına yeni prezident seçilib. Mikayıl Cabbarovun Federasiyaya rəhbərlik etməsinə və nəticələrimizi yaxşı olmasına ümidlərimiz böyükdür.

- Badmintonçuların hazırlığı üçün yaxşı şərait varmı? Badminton Federasiyasına yeni prezidentindən gözləntiləriniz nədən ibarətdir?
- Şəraitimiz bir o qədər ürəkaçan deyildi, inanırıq ki, Mikayıl Cabbarovun rəhbərliyi ilə badmintonçularımızın nəticələri də yüksələcək.

- Mikayıl Cabbarov yarışları izləməyə gələcək?
- Bəli, məndə olan məlumata görə, bu gün Azərbaycan və Türkiyə badmintonçuları arasında cütlərin yarışını izləmək üçün arenaya gəlib onları canlı izləyəcək.

- Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyini etməsini necə qiymətləndirirsiniz? Məşqçilər Sizinlə Sizinlə söhbətdə nələr söyləyirlər?
- Bir çox məşqçilərlə söhbətimiz olub. Onlar idmançılar üçün yaradılan şəraitdən razılıq edirlər, İlk Avropa Oyunlarının London Olimpiya Oyunlarından fərqlənmədiyini söyləyirlər. Əlbəttə, belə bir turnirin vətənimizdə keçirilməsi hər bir Azərbaycan idmançısı üçün qürurvericidir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər