23 İyun 2015 22:25
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətin döyüş oldu. Rəqib səviyyəli idmançı idi, təzyiq göstərməyə çalışırdı. Amma çox şükür yarımfinala yüksələ bildim".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanı 69 kiloqramda təmsil edən Pərviz Bağırov almaniyalı Abass Baraud üzərində qazandığı qələbədən sonra deyib.

Bu görüşün əvvəldən çətin keçəcəyini bildiyini deyən boksçu rəqibini yaxşı tanıdığını bildirib: "Dünən rəqibi izləmişdim. Onun necə döyüşdüyünü təxmini bilirdim. Bu görüşə də ona uyğun hazırlaşmışdım".

Yarımfinaldakı rəqibi haqqında danışan təmsilçimiz qələbə qazanmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Yarımfinalda irlandiyalı boksçu ilə qarşılaşacam. Onunla bir yerdə məşqlərdə olmuşuq. İnanıram ki, onu da məğlub edib finala vəsiqə qazanacam".

Döyüş vaxtı yüngül zədə alan Pərviz bunu zədənin ciddi olmadığını bildirib: "Döyüş vaxtı rəqibin başı dəydi. Amma elə də ciddi zədə deyil. Ondan sonra onun eyni yerə zərbələr endirməyə çalışmasını başa düşürəm. Rinqdə hər şey olur. Gələcək rəqibimə həmin yerə zərbə vurmasına imkan verməyəcəm".

Uğur


Müəllif:

Oxşar xəbərlər