Bakıda I Avropa Oyunları çərçivəsində 15 günlük yarışların nəticələrinə görə Azərbaycan medal hesabında ikinci yerdədir.
Trend-in məlumatına əsasən, hazırda Azərbaycanın hesabında 18 qızıl, 14 gümüş və 20 bürünc medal var.
69 qızıl, 34 gümüş və 36 bürünc medalla birinci yerin sahibi Rusiyadır.
Üçlüyü 16 qızıl, 8 gümüş və 16 bürünc medalla Böyük Britaniya tamamlayır.