20 İyun 2016 10:00
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kareliya Muxtar Respublikasının Pryajinsk rayonunda faciəvi hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kareliyaya “Park-hotel Syamozero” sağlamlıq düşərgəsinə gedən 47 uşaq və 4 təlimçi Syamorzero gölünə gəzintiyə çıxıblar.

Sahildən uzaqlaşdıqdan bir müddət sonra fırtınaya düşən qayıqlardan ikisi aşaraq batıb. Faciə zamanı yaşı 12-14 arasında olan 14 uşaq boğulub. Yalnız xilasetmə kəməri geyinən uşaqlar xilas ola biliblər.

Faktla bağlı cinayət işi başlanıb. Qayıqla gəzintisi təşkil edən otelin direktor və direktor müavini saxlanılıblar. Onlar təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunurlar.

Rəsmilər bölgədə fırtına xəbərdarlığı edildiyini, təcrübəli balıqçıların gölə çıxmadıqlarını, düşərgədə yaşayanların isə xəbərdarlığı nəzərə almadıqlarını bildirirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər