23 İyun 2014 14:10
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya, ABŞ və Niderland 2014-cü ilin sonuna qədər Türkiyədən “Patriot” zenit-raket komleksini çıxarmağı planlaşdırır.

Bu barədə Almaniya mətbuatı yazır.

Zenit-raket komleksinin Türkiyədən çıxarılması məsələsi bu ilin sentyabr ayında Şimali Uelsdə keçiriləcək NATO sammitində müzakirə ediləcək. “Patriot”ların çıxarılması onunla izah olunur ki, Suriyada kimyəvi silahlar tamamilə məhv edildiyinə görə zenit-raket komleksinin Türkiyədə qalamasına ehtiyac yoxdur.

Qeyd edək ki, “Patriot” zenit-raket komleksi Suriya münaqişəsi ilə əlaqədar Türkiyədə 2013-ci ilin yanvarında yerləşdirilmişdi. Raketlər havadan müdafiə məqsədilə Suriya sərhədinə gətirilmişdi./anspress/


Müəllif: