Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Sankt-Peterburqa gedəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek rusiyalı həmkarı Arkadi Dvorkoviçlə danışıqlar zamanı məlumat verib.
Onun sözlərinə görə, Türkiyə çarter reyslərinin bərpası üçün təhlükəsizlik tədbirləri barədə məruzəni Rusiyaya təqdim edib: "Ankara və Moskva mümkün qədər tez bir zamanda əlaqələrin normallaşmasına çalışmalıdır".
Türkiyəli diplomat Türkiyədə hərbi çevrilişə cəhddən sonra Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edib.
Samir