Təxminən yeddi minə yaxın silahlı asayiş keşikçisi Türkiyədəki “İncirlik” hərbi bazasını mühasirəyə alaraq onun giriş və çıxışlarını bağlayıblar.
TASS agentliyinin məlumatına görə, bu barədə “Hürriyyət” qəzeti xəbər verir.
Əməliyyat iki saat yarım davam edib. Bununla bağlı Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik deyib: “Hərbi baza ətrafında baş verənlər ümumi təhlükəsizliyin qiymətləndirilməsi idi, heç bir problem yoxdur”.