Prezident Ərdoğanın Qaziantepdə baş verən terror aktı ilə bağlı yazılı açıqlaması yayılıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ərdoğan mənfur hücumda ilk məlumatlara görə, 27 nəfərin öldüyü, 94 nəfərin yaralandığı barədə məlumat aldığını bildirib:
"Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına, qazianteplilərə və millətimizə başsağlığı diləyirəm. Yaralılarımıza Rəbbimdən təcili şəfalar arzu edirəm.
Bir dəfə daha qeyd etmək istəyirəm ki, 15 iyul silahlı çevriliş cəhdi və o gecə itirdiyimiz 240 vətəndaşımıza görə məsuliyyət daşıyan FETÖ, təkcə son bir ayda 70 təhlükəsizlik işçimizin qatili PKK və Qaziantep terrorunu törtədiyi ehtimal olunan İŞİD arasında heç bir fərq yoxdur. Bu təşkilatları ölkəmiz və millətimizin üzərinə saldıranlara mesajım yenə eynidir: Bacaramayacaqsınız!
Türkiyədə azanları susdurmağa, bayrağı endirməyə, vətənimizi bölməyə, millətimizi parçalamağa bu əli qanlı təşkilatların və onların arxasındakıların gücü çatmayacaq".
Nihad