Ötən axşam Özbəkistanın dövlət televziyasında prezident İslam Kərimovun 1 sentyabr Müstəqillik günü ilə bağlı xalqa ünvanlanmış təbriki yayımlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rus və özbək dillərində olan təbrikin mətnini diktor oxuyub.
Təbrikdə ölkənin son 25 ildə qazandığı uğurlardan söz açılıb: "Zaman sübut etdi ki, biz doğru yoldayıq".
Prezidentin səhhəti haqda dövlət televziyası heç bir əlavə məlumat verməyib.
Mahir