11 Sentyabr 2016 12:43
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “The Telegraph” qəzeti dünyanın ən gözəl körpülərinin siyahısını tərtib edib.

Teleqraf.com-un məlumatına görə, nəşr siyahıya 21 konstruksiyanın adını daxil edib.

Siyahıya 2016-cı ildə inşasının 50 ili tamam olan Britaniyadakı “Severn” körpüsü, 1981-ci ildə istifadəyə veriləndən bəri dünyanın ən uzun asma körpüsü adını heç kimə güzəştə getməyən “Hamber” körpüsünün adları var. Qəzet həmçinin siyahıya dünyanın ən uzun körpüsü – Çindəki “Danyanq-Kunşan”ı daxil edib. Bundan əlavə, reytinq siyahısında Yaponiyadakı asma körpü – “Akasi-Kaikyo”nun, Fransadakı dünyanın ən hündür nəqliyyat körpüsü – “Millau”nun, hal-hazırda dünyada istifadədə olan ən kiçik suüstü körpü – Bermud adalarındakı “Somerset”in adları var.

Siyahıda dünyada ən çox foto çəkdirilən körpülərdən biri kimi tanınan ABŞ-dakı “Qızıl Qapı”nın adına da rast gəlmək olar.

Bununla yanaşı siyahıya dünyanın uzunluğuna görə ikinci, körfəz üzərində yerləşməklə su üzərində isə ən uzun körpüsü hesab olunan Çindəki “Tsindao”, eləcə də Avropanın ən uzun körpüsü – Portuqaliyadakı “Vasko da Qama” daxildir. Nəhayət, siyahıda dünyanın ən qədim körpüsü – İtaliyadakı “Fabriço”, dünyanın ən böyük tağşəkilli polad körpüsü – Avstraliyadakı “Sidney Harbor-Bridc”, Londonun və bütün Britaniyanın simvolu hesab edilən “Tauer” və Florensiyadakı (İtaliya) məşhur “Ponte Vekko”nun adlarına rast gəlmək olar.

Səxavət


Müəllif: