12 Sentyabr 2016 17:50
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da "Piper Cherokee" tipli kiçik təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Nevada ştatının Rino-Taxo aeroportunda baş verib. Qəza zamanı göyərtədə olan 3 nəfər həlak olub.

Məlumatlara görə, təyyarə aeroportun avtomobillərin park edildiyi sahəyə düşüb. Nəticədə 15 avtomobilə zərər dəyib. Qəzanın səbəbləri məlum deyil.

Elvin


Müəllif: