Avropa Parlamentinin sabiq üzvü, “Todays Zaman” qəzetinin yazarı Josst Lagendijkin Türkiyəyə gəlişinə icazə verilməyib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, dünən günorta saatlarından Amsterdamdan İstanbula gələn Lagendijk hava limanında saxlanılıb.
Daha sonra Avropa Parlamentinin sabiq üzvü və yazar geriyə göndərilib. Türkiyə dövlət mənsubları bu məsələdən xüsusi mövzu çıxarmağa ehtiyac olmadığını ifadə edərək bildiriblər ki, Lagendijkin yenidən viza alması lazımdır, çünki viza məsələsində yeniliklər tətbiq edilib.
Josst Lagendijk bir müddətdir İstanbulda yaşayır.
Yazar Türkiyədən çıxarıldıqdan sonra bu barədə twitter hesabında məlumat yayıb.
NEMƏT