28 Sentyabr 2016 12:57
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur bu şəhərdə keçirilən kitab sərgisində Qərbi Azərbaycan Vilayətinin adının təhrif edilməsinə növbəti dəfə münasibət bildirib.

“Urmiyada keçirilən kitab sərgisində “Urmiya” bir vilayət kimi təqdim olunmuşdur. Halbuki “Urmiya” vilayət deyil, o Qərbi Azərbaycan Vilayətinin bir şəhəridir. Bəziləri belə sözlərlə Azərbaycan əhalisinin arasında nifaq salmaq və onun birliyini pozmaq istəyir, lakin biz heç vaxt başqalarının bizim haqqımızda qərar verməsinə icazə vermərik”- deyə N.Qazipur Urmiyada jurnalistlərlə danışıqda bildirib.

GAMAC saytının yaydığı məlumata görə, Urmiya əhalisinin İran parlamentindəki millət vəkili Qərbi Azərbaycan haqqında müəyyən gizli planların olduğu barədə xəbərdarlıq da edib. “Urmiyanı vilayət kimi təqdim edənlər əhali arasında fitnə yaratmaq niyyətindədirlər. Belə qüvvələr uzun illərdir var və onlar vaxtaşırı “Urmiya Vilayəti” sözünü gündəmə gətirirlər. Lakin Qərbi Azərbaycan əhalisi və millət vəkilləri heç zaman icazə verməzlər ki, kimsə Qərbi Azərbaycan və Urmiya şəhərinə yan baxsın vəya əhali arasında ixtilafın yaranmasına səbəb olsun” deyə o qeyd edib.

Qeyd edək ki, Ötən günlərdə Urmiya şəhərində “Urmiya Kitab Sərgisi”nin keçirildiyi zaman Tehranın “Nimaj” nəşriyyat evi “Qərbi Azərbaycan Vilayəti”ni təhrif edərək, onu “Urmiya Vilayəti” adlandırmışdır, buna etiraz edən azərbaycanlı jurnalist isə qarşı tərəfin hücumuna məruz qalıb və təhqir edilmişdir. Soydaşlarımızın kəskin etirazı nəticəsində artıq “Nimaj” nəşriyyat evi azərbaycanlılardan üzr istəməyə məcbur olub. (gunaz.tv)


Müəllif:

Oxşar xəbərlər