MDB ölkələrinin xüsusi xidmət orqanları regional və qlobal problemlərin geniş spektri üzrə mövqelərin əlaqələndirilməsinə hazırlığı, birliyin iştirakçı dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində çoxplanlı praktiki əməkdaşlığın bundan sonra genişləndirmək səylərini birləşdirir.
Trend-in məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin Təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında deyib.
A.Bortnikovun sözlərinə görə, Şura yarandığı dövrdən iclaslarında baxılan məsələlərin siyahısını xeyli genişlənib: “Son illər terrorçuluq və ekstremizm ideologiyasına qarşı mübarizədə vahid yanaşmaların işlənib hazırlanmasına, terror yönümlü cinayətlərin törədilməsində aidiyyəti şəxslərin müəyyənləşdirilməsi, tapılması və tutulması istiqamətində birgə operativ tədbirlərin planlaşdırılma və həyata keçirilməsinə, beynəlxalq tədbirlərin təhlükəsizliyinin təmin edilməsinə və informasiya sahəsinin qorunmasına xüsusi diqqət yetiririk”.
O qeyd edib ki, bu vəzifələr son vaxtlar xüsusilə aktualdır, çünki mövcud geosiyasi vəziyyət, təəssüf ki, mənfi ssenari üzrə inkişaf etməkdədir: “Qeyri-sabitliyin iki böyük ocağı bizdə narahatlıq yaradır - əfqan və Yaxın Şərq. İlk növbədə, "İslam dövləti", "Cəbhət ən-Nüsra" və digər terror təşkilatları tərəfindən artan terror ekspansiyası bu günün reallıqlarıdır”.
Onun sözlərinə görə, MDB ölkələrinin hüdudlarından kənarda fəaliyyət göstərən beynəlxalq terrorçu qurumların funksionerləri məsafədən öz terror şəbəkələrini idarə edirlər, internet, bunun üçün geniş çeşiddə vasitələr, peyk rabitə vasitələri və qlobal şəbəkənin imkanlarından istifadə edirlər.