31 Oktyabr 2016 09:53
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə polisin 15 iyul hərbi çevrilişə cəhdlə bağlı Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı apardığı əməliyyatın növbəti dalğası "Cümhuriyyət" qəzetini vurub.

Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, qəzetinin icraçı direktoru Murat Sabuncu və yazarı Güray Öz polis tərəfindən saxlanılıb. Qəzetin İdarə Heyətinin sədri Akın Atalay və yazar Güray Özün evində axtarış aparılır. Akın Atalaın ölkə xaricində olduğu bildirilir. Məlumatlara görə, Akın Atalay və məşhur yazar Can Dündar haqqında həbs qərarı çıxarılıb.

Qeyd edək ki, "Cümhuriyyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adı Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tərəfindən qoyulub.


Müəllif:

Oxşar xəbərlər