14 Fevral 2017 01:38
2 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-dən qaçan Nizar adlı qadın terrorçu təşkilatın qaçırtdığı 475 qadının seks köləsi olaraq istifadə edildiyini, 15 yaşlı bir qızın təcavüz edilərkən qanaxmadan öldüyünü deyib.

Axar.az xəbər verir ki, Suriyada bir İŞİD həbsxanasında gözətçi kimi çalışan Nizar həbsxanadakı əsir qadınların dəfələrlə zorlandığını bildirib. Qadınların həmin həbsxanada dəhşətli zülmlər çəkdiyini deyən terrorçu sağ qalanların bir qisminin İŞİD-çilərlə evləndirildiyini, bir qisminin isə edam edildiyini qeyd edib.

Nizar bildirib ki, o, şahidi olduğu dəhşətlərdən sonra gecələr qorxulu yuxular görüb, buna görə də ailəsi ilə birlikdə Suriyadan Türkiyəyə qaçıb.


Müəllif:

Oxşar xəbərlər