Rusiyanın paytaxtı Moskvada mənzildən mumiyalanmış qadın meyiti tapılıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, 88 yaşlı qadın evdə tək yaşayırmış. Heç kimlə ünsiyyət qurmayan və qohumlarından ayrı qalan qadın 2010-cu ildən itkin düşmüş hesab olunub.
Mumiyalanmış meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Moskva polisi faktı araşdırır.