Ukraynada üsyançılardan alınan yaşayış yerlərində hərbi istehkamçılar bölgəni mina və bombalardan təmizləyir.
Bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələrinin mütəxəsisləri bir tona yaxın TNT (trotil) bombası, onlarla kustar üsulla hazırlanmış partlayıcı qurğu, eləcə də 20 ədəd basdırılmış tank və piyada əleyhinə mina zərərsizləşdiriblər.
Xatırladaq ki, son bir həftə ərzində prezident Poroşenkonun xüsusi əmri ilə Ukrayna ordusu rusiyayönümlü qüvvələrin nəzarətində olan vilayətlərdən separatçıları çıxarmağa başlayıb./anspress/