30 Mart 2017 08:05
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi olaraq dövlət qulluqçusu olacaq və Ağ Evdə pulsuz işləyəcək.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” yazıb.

Məlumata görə, onun vəzifəsi “prezidentin xüsusi müşaviri” adlanacaq. İvanka Trampın artıq Ağ Evdə iş otağı da var.


Bundan əvvəl İ.Tramp atasının administrasiyasında hər hansı vəzifə tutmayacağını bildirirdi. Qeyd edək ki, İvanka Trampın həyat yoldaşı Cared Kuşner ABŞ-ın yeni prezidentinin böyük müşaviri vəzifəsində çalışır.


Müəllif:

Oxşar xəbərlər