2 Aprel 2017 10:09
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Balx əyalətində “Taliban” hərəkatının 200-dən çox üzvü silahı yerə qoyaraq təslim olub. APa-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyinə yerli rəsmi qurumlardan bildirilib.

“Silahlı şəxslər, qubernatorun çağırışına əməl edərək, Çimtal bölgəsində sülh və nizamlanma prosesinə qoşulublar”, - deyə mənbə bildirib.

Təslim olanların arasında Xan Məhəmməd və Dava Xan kimi komandirlərin də olduğu bildirilir.


Müəllif:

Oxşar xəbərlər